Bakı. 26 dekabr. REPORT.AZ/ Energetika naziri
- Cənab nazir, dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşü keçirildi. Azərbaycan bu görüş çərçivəsində qəbul edilmiş, hasilatın həcminin azaldılması barədə qərarı dəstəkləyənlər sırasında idi. Gələn il dünya bazarında neftin qiyməti ilə bağlı proqnozlarınız necədir?
- Bilirsiniz, neft qiymətləri ilə bağlı proqnoz vermək çox çətindir. Amma düşünürəm ki, OPEC+ formatında olan ölkələr vaxtında və lazımi qərarlar qəbul ediblər. Bu isə şərait yaradır ki, neft bazarı tənzimlənsin, bazarda balans yaransın və gələn il neftin qiymətində sabitliyə nail ola bilək.
- OPEC+ çərçivəsində görüşlərdən birinin Bakıda keçiriləcəyini demişdiniz. Həmin görüşün vaxtı və digər detalları məlumdurmu?
- Bu, təxminən, gələn ilin birinci rübü üçün nəzərdə tutulub. Düşünürük ki, görüş fevralın sonunda və ya martın əvvəlində baş tuta bilər. Amma konkret tarix hələ məlum deyil.
- Hazırda Azərbaycanın iştirakı ilə bir sıra enerji layihələri həyata keçirilir. Gələn il layihələrin maliyyələşdirilməsi ilə bağlı hər hansı beynəlxalq maliyyə institutu ilə danışıqlar aparılırmı?
- Bu, daim gedən prosesdir və ehtiyac olduqda, müvafiq maliyyə institutları ilə danışıqlar, məsləhətləşmələr aparılır. Amma elektroenergetika sahəsində müvafiq bərpa proqramı var. O proqram həyata keçirilir. Onun üçün də Prezident
- Sizin son görüşlərinizi analiz edəndə görürük ki, onların əksəriyyətində alternativ və bərpa olunan enerji məsələləri əsas müzakirə olunan mövzulardan olub.
- Hazırda ölkədə bərpa olunan enerji mənbələrinin həcmi getdikcə artmaqdadır. Düzdür, bu artım böyük deyil. Biz isə istəyirik ki, bu artım, həqiqətən də, böyük həcmdə baş versin. Onun üçün də hazırda Azərbaycanda islahatlar paketi hazırlayırıq. Məhz bu paketdəki islahatları həyata keçirsək, Azərbaycan, doğrudan da, həm daxildən, həm də xaricdən investisiyalar üçün çox maraqlı ölkəyə çevriləcək. Bu istiqamətdə hazırda müəyyən hazırlıqlar görürük. Beynəlxalq aləmdə təcrübəyə malik olan ekspertləri bura cəlb etmişik. Sözsüz ki, ölkədən-ölkəyə fərq var. Azərbaycanın xüsusiyyətlərini nəzərə almaqla bu ekspertlər və digər dövlət strukturları ilə birgə müəyyən islahatlar paketi üzərində işləyirik. Həmin islahatlar paketi nəyi nəzərdə tutur? Bu, ilk növbədə, qanunvericilikdə müəyyən dəyişikliyinin həyata keçirilməsini, eyni zamanda müxtəlif təşviqedici mexanizmlərin işlənib hazırlanmasını nəzərdə tutur. Ən sonda da bizim elektroenergetika şəbəkəsində bərpa olunan enerji mənbələri yaradılarsa, onların ümumi şəbəkəyə qoşulması çox böyük rol oynayır. Bu o qədər də asan olmayan xüsusi prosesdir. Sistemin sabit qalmasından ötrü müəyyən texniki şərtlər hazırlanmalıdır. Biz onun da üzərində işləyirik. Yəni hər 3 istiqamətdə işlər aparırıq.