Yuxarı

"Pemex"in rəhbəri: "2016-cı ilin sonuna qədər neftin qiyməti sabitləşəcək"

Emilio Losoya: Pemexi çətin il gözləyir

Bakı. 19 yanvar. REPORT.AZ/ "Yaxın iki-üç il ərzində neftə olan tələblə təklif arasındakı vəziyyət sabitləşəcək". "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Meksika Dövlət Neft Şirkəti "Pemex"in rəhbəri Emilio Losoya deyib.

Onun sözlərinə görə, İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması dünya neft bazarında qiymətlərin vəziyyətinə təsir edə bilər. Belə ki, İran özü bazarda təklifi artıra bilər.

Amma E.Losoya hesab edir ki, vəziyyət sabitləşəcək: "Çin və Hindistanda hər keçən gün tələb artır. Odur ki, yaxın iki-üç ilə bazarda tələb-təklif sabitləşəcək. İndidən elə görünür ki, 2016-cı ilin sonuna qədər neftin qiyməti hazırkı rəqəmdən bir qədər yüksək səviyyədə sabitləşəcək".

O bildirib ki, dünya neft bazarındakı durumla əlaqədar olaraq, "Pemex"i çətin il gözləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi