PDVSA "Qazprombank" tərəfindən hesabların dondurulması xəbərini təkzib edib

PDVSA "Qazprombank" tərəfindən hesabların dondurulması xəbərini təkzib edib Bakı. 18 fevral. REPORT.AZ/ Venesuelanın dövlət neft şirkəti Petroleos de Venezuela (PDVSA) Rusiyanın Qazprombank bankının şirkətin hesablarını dondurması barədə yayılan xəbərləri təkzib edib.
Energetika
18 Fevral , 2019 10:51
PDVSA Qazprombank tərəfindən hesabların dondurulması xəbərini təkzib edib

Bakı. 18 fevral. REPORT.AZ/ Venesuelanın dövlət neft şirkəti "Petroleos de Venezuela" (PDVSA) Rusiyanın "Qazprombank" bankının şirkətin hesablarını dondurması barədə yayılan xəbərləri təkzib edib.

"Report" xəbər verir ki, bu barədə şirkətinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.

Daha əvvəl "Reuters" agentliyi bankdakı mənbələrə istinad edərək, "Qazprombank"ın ABŞ sanksiyalarından yayınmaq üçün PDVSA-nın hesablarını dondurduğunu bildirmişdi.

Şirkətin təkzib xəbərinbdə bu məlumatın Venesuela xalqını yanıltmaq üçün yayıldığı da vurğulanır.

Son xəbərlər

Orphus sistemi