Özbəkistanda yeni qaz yatağı aşkarlandı

Özbəkistanda yeni qaz yatağı aşkarlandı Beş il ərzində layihəyə 5,2 milyard ABŞ dolları həcmində sərmayə yatırılacaq
Energetika
16 Oktyabr , 2020 17:46
Özbəkistanda yeni qaz yatağı aşkarlandı

ABŞ-ın “Epsilon Development Company” şirkəti Özbəkistanın cənubundakı Qaşqadərya vilayəti ərazisində aparılan kəşfiyyat qazma işləri nəticəsində oktyabr ayının 14-də 17,2 milyard kubmetr təbii qaz və 1 mln 072 min ton qaz kondensatı həcmində dəyərləndirilən ehtiyata malik yataq aşkarlanıb.

“Report” xəbər verir ki, şirkət bu barədə “Facebook” səhifəsində bildirərək yatağın ehtiyatlarını dəqiqləşdirmək üçün işlər apardıqları qeyd olunur.

Qeyd edək ki, 2019-cu ilin mart ayında “Epsilon” ilə Honkonqun “Epsilon Asia Limited” şirkəti arasında Özbəkistanın Buxara – Xivə və Fərqanə bölgələrindəki beş neft-qaz yataqlar blokunun istismarı üçün konsorsium yaradıblar. Bu konsorsium tərəfindən 2019-2023-cü illər ərzində layihəyə yatırılan sərmayələrin 5,2 milyard ABŞ dolları həcmində olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi