"Oxford İnstitute for Energy Studies": Neft bazarı uğrunda mübarizə qızışacaq

"Oxford İnstitute for Energy Studies": Neft bazarı uğrunda mübarizə qızışacaq Bakı. 24 yanvar. REPORT.AZ/ Elektromobillərdən istifadənin genişlənməsi neft hasilatçısı olan ölkələrin, o cümlədən Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvlərinin və Rusiyanın neft bazarı uğrunda mübarizəsini qızışdıracaq, qara qızılın ucuzlaşmasına səbəb olacaq və bu ölkələri iqtisadi sistemlərini dəyişdirməyə məcbur edəcək. 
Energetika
24 Yanvar , 2018 17:43
Oxford İnstitute for Energy Studies: Neft bazarı uğrunda mübarizə qızışacaq

Bakı. 24 yanvar. REPORT.AZ/ Elektromobillərdən istifadənin genişlənməsi neft hasilatçısı olan ölkələrin, o cümlədən Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvlərinin və Rusiyanın neft bazarı uğrunda mübarizəsini qızışdıracaq, "qara qızıl"ın ucuzlaşmasına səbəb olacaq və bu ölkələri iqtisadi sistemlərini dəyişdirməyə məcbur edəcək. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Oxford İnstitute for Energy Studies"in "Neft istehlakında pik səviyyə və uzunmüddətli qiymət perspektivləri" adlı hesabatında bildirilir. 

"BP"nin baş iqtisadçısı Spenser Deyl (Spencer Dale) və "Oxford İnstitute for Energy Studies"in direktoru Bassam Fattuh əsas neft bazarı iştirakçılarının proqnozlarını müqayisə edərək bu qənaətə gəliblər ki, 2040-2050-ci illərdə neft satışları azalmağa başlayacaq. Neft istehlakının pik səviyyəsinin nə zaman olacağını demək çətin olsa da, pik nöqtə keçdikdən sonra neft istehlakı dramatik surətdə azalmağa başlayacaq və bu tendensiyanı saxlamaq mümkün olmayacaq.

Bu zaman neft hasilatında maya dəyəri aşağı olan ölkələr, xüsusilə Səudiyyə Ərəbistanı hasilatı daha tez artıra biləcək. Belə ki, bu ölkədə neftin maya dəyəri 10 dollar/bareldən aşağıdır.

"Oxford İnstitute for Energy Studies" hesab edir ki, banklar neft şirkətlərini maliyyələşdirməkdən imtina edəcəklər. Neftdən asılı ölkələrin kredit alması çətinləşəcək. Ən təhlükəli məqam isə odur ki, neft ölkələrində milli valyutalar çökə bilər.

Son xəbərlər

Orphus sistemi