Ötən rüb Azərbaycanda neft hasilatı 6%, qaz hasilatı 39 %-dək artıb

Ötən rüb Azərbaycanda neft hasilatı 6%, qaz hasilatı 39 %-dək artıb Bu ilin üçüncü rübündə ölkə üzrə 8,7 milyon tona yaxın neft, 11,3 milyard kubmetrdən artıq qaz hasil edilib
Energetika
14 Oktyabr , 2021 17:17
Ötən rüb Azərbaycanda neft hasilatı 6%, qaz hasilatı 39 %-dək artıb

Bu ilin üçüncü rübündə ölkə üzrə 8,7 milyon tona yaxın neft, 11,3 milyard kubmetrdən artıq qaz hasil edilib.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatına istinadən verdiyi məlumata görə, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6 %, qaz hasilatında isə 38,6 % artımın qeydə alınması deməkdir.

Neft hasilatının artımı əsasən OPEC+ razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub.

Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq 647 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi