Ötən il Azərbaycan təbii qaz ixracından qazancını 2,7 dəfə artırıb
- 25 yanvar, 2023
- 11:48
2022-ci il ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 18 milyard 965 milyon 213,42 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, ötən il ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 14 milyard 989 milyon 675,87 min ABŞ dolları təşkil edib.
2022-ci il ərzində ixrac edilən təbii qazın həcmi 2021-ci ildəki dövrdən 5,4 % az, dəyəri isə 2,7 dəfə çoxdur.
Azərbaycanın ümumi ixracında təbii qazın payı 39,29 % olub.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon ABŞ dolları ixracın, 14 milyard 540 milyon ABŞ dolları isə idxalın payına düşüb.