Ötən il Azərbaycan İtaliyaya satdığı neftin həcmini 29 % azaldıb

Energetika
  • 30 yanvar, 2023
  • 07:06
Ötən il Azərbaycan İtaliyaya satdığı neftin həcmini 29 % azaldıb

2022-ci ildə Azərbaycandan İtaliyaya 8 milyon 902 min 201,85 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 6 milyard 640 milyon 524,17 min ABŞ dolları təşkil edib.

2022-ci il ərzində Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin göstəriciləri ilə müqayisədə 29,2 % az, dəyəri isə 9,5 % çoxdur.

Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 34,21 % olub.

Xatırladaq ki, 2022-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 24 min 201,67 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 19 milyard 483 milyon 623,56 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon ABŞ dolları ixracın, 14 milyard 540 milyon ABŞ dolları isə idxalın payına düşüb.