Ötən ay TAP ilə nəql edilən qazın həcmi 42 % artıb

Ötən ay TAP ilə nəql edilən qazın həcmi 42 % artıb 31 dekabr 2020-ci il tarixindən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib
Energetika
5 May , 2021 10:08
Ötən ay TAP ilə nəql edilən qazın həcmi 42 % artıb

Bu ilin aprel ayında Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə mart ayı ilə müqayisədə 42 % daha çox qaz nəql edilib.

“Report” xəbər verir ki, bu barədə TAP AG konsorsiumunun yaydığı məlumatda deyilir.

Bildirilir ki, ötən ayı müqavilə üzrə əldə edilmiş ümumi həcmlər 6 477 GWh (Heqavatt/saat) təşkil edib. Bu da təqribən 613 mln 933 min 649 kubmetr təşkil edib. Mart ayında isə bu göstərici 4 565 heqavatt/saata bərabər olub ki, bu da 431 mln 460 min 975 kubmetr təbii qaz təşkil edir.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi