Ötən ay Azərbaycan Türkiyəyə neft satışının həcmini açıqlayıb

Energetika
  • 16 fevral, 2024
  • 13:17
Ötən ay Azərbaycan Türkiyəyə neft satışının həcmini açıqlayıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyəyə 5 min 355,34 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 2 milyon 780,78 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2022-cü ilin ilk ayının göstəriciləri ilə müqayisədə 15,8 dəfə, dəyəri isə 18,2 dəfə azdır.

Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 0,37 % olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Türkiyəyə 676 milyon 306,62 min ABŞ dolları dəyərində 1 milyon 202 min 207,86 ton xam neft ixrac edib.

Bu ilin yanvar ayında Azərbaycan ümumiyyətlə 863 milyon 453,88 min ABŞ dolları dəyərində 1 milyon 462 min 278,29 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti