OPEK+ nazirlərinin monitorinq komitəsi iyun və iyul ayları üçün aprel ayında qəbul edilmiş neft hasilatının artım planını saxlamağı tövsiyə edib.
“Report” məlumat verir ki, bu barədə “Bloomberg” agentliyi komitənin nümayəndələrinə istinadən xəbər verib.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən neftə olan tələbatın azalmasına görə, OPEK+ ötən ilin mayında gündəlik neft hasilatını gündəlik 9,7 milyon barrel azaldıb. Vəziyyət sabitləşdikcə məhdudiyyətlərə müəyyən düzəlişlər edilib. Cari ilin aprel ayı üçün gündəlik hasilat 6,9 milyon barrel, may ayı üçün 6,55 milyon barrel, iyun ayı üçün 6,2 milyon barrel, iyul ayı üçün 5,76 milyon barrel təşkil edib. Bütün ölkələr üçün hesablama bazası kimi 2018-ci ilin oktyabr ayının göstəricisi, Rusiya və Səudiyyə Ərəbistanı üçün isə gündəlik 11 milyon barrel götürülüb.