OPEK neft hasilatını azaldıb

OPEK neft hasilatını azaldıb Azalma əsasən İraq və Nigeriyada müşahidə olunur
Energetika
29 Fevral , 2016 21:53
OPEK neft hasilatını azaldıb

Bakı. 29 fevral. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) fevral ayının sonu etibari ilə hasilatı sutkalıq 280 min barrel azaldıb. 

"Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, neft hasilatındaki ən ciddi azalma İraqda qeydə alınıb. Belə ki, terror aktı səbəbindən fevralın 17-dən etibarən Şimali İraqla Türkiyəni birləşdirən neft boru xətti istifadə olunmur. Azalma, həmçinin, Nigeriyada da müşahidə olunub.

Bununla belə, OPEK-də aparıcı dövlətlər hesab olunan Səudiyyə Ərəbistanı və İranda hasilatın azalması qeydə alınmayıb.

Daha öncə, Rusiya, Səudiyyə Ərəbistanı, Nigeriya, Qətər və Venesuela neftin hasilatının 11 yanvar tarixindəki göstəriciyə uyğun dondurulmasına qərar vermişdi.

Son xəbərlər

Orphus sistemi