Yuxarı

​OPEK gündəlik neft hasilatı kvotasını artırıb

​OPEK gündəlik neft hasilatı kvotasını artırıb
Bu kvotada təşkilata yeni üzv qəbul ediləcək İndoneziya nəzərə alınmayıb

Bakı. 4 dekabr. REPORT.AZ/ OPEK gündəlik neft hasilatının həcmini 31,5 mln. barelədək artırıb. Bu barədə "Report" "Bloomberg"ə istinadən xəbər verir.  

Qərar Vyanada keçirilən iclasın nəticələrinə əsasən qəbul edilib. Agentliyin verdiyi məlumata görə, bu kvotada təşkilata yeni üzv qəbul ediləcək İndoneziya nəzərə alınmayıb.

Cümə günü OPEK-in Vyanada keçirilən növbəti 168-ci görüşünədək kvota gündəlik 30 mln. barel səviyyəsində idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi