OPEC xərclərini azaltmalıdır

OPEC xərclərini azaltmalıdır Anlaşmaya əməl edilməsi neft qiymətlərini dəstəkləyəcək
Energetika
1 Mart , 2017 19:16
OPEC xərclərini azaltmalıdır

Bakı. 1 mart. REPORT.AZ/ OPEC üzvü ölkələr şist neft hasilatçısı ölkələrlə rəqabət apara bilmək üçün hasilat xərclərini azaltmalıdır. 

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlama Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu tərəfindən "CNBC Africa" kanalına verilib. Nazir müsahibədə bildirib ki, keçən ilin noyabr ayında neft hasilatının azaldılması ilə bağlı qəbul edilmiş qərar neft qiymətlərini dəstəkləməyə davam edəcək.

"Mən OPEC-in fəaliyyətindən razıyam. Amma şist neft hasilatçıları ilə rəqabətə davam edə bilmək üçün üzv ölkələrin xərclərini azaltması zəruridir" - E.İ.Kaçikvu deyib. 

Son xəbərlər

Orphus sistemi