OPEC: Ukraynadakı müharibə neft istehlakının azalmasına gətirib çıxaracaq
- 15 mart, 2022
- 14:31
Yeniliklərdən dərhal xəbərdar olun!
OPEC cari ildə dünya neft istehlakının gündəlik 4,2 milyon barel artmasına dair proqnozunu qüvvədə saxlasa da, son hadisələrlə bağlı bunun dəyişəcəyini istisna etməyib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın mart hesabatında bildirilir.
Bununla yanaşı, Ukraynadakı müharibə səbəbindən qeyri-OPEC ölkələrindən neft tədarükü proqnozunun da yaxın həftələrdə dəyişəcəyi qeyd olunur. Bundan əvvəlki hesabatda adıçəkilən ölkələrdən bu il tədarükün gündəlik 3 milyon barel artacağı deyilirdi. Bu artımda əsas pay ABŞ, Kanada, Braziliya, Qazaxıstan, Rusiyaya məxsusdur.
Ukraynadakı müharibə nəticəsində neft sənayesinə yatırımların azalacağı, inflyasiyanın artacağı qeyd olunur.
Ötən ay OPEC ölkələri gündəlik hasilatı 440 min barel artıraraq 28,47 milyon barelə çatdırıblar.