OPEC+ Texniki Komitəsi avqustda sazişin uzadılmasını müzakirə etməyib
- 18 iyun, 2020
- 12:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünən keçirilən iclasda OPEC+ Texniki Komitəsi may-iyul aylarında qüvvədə olan neft hasilatı məhdudiyyətlərinin avqust ayında mümkün uzadılmasını müzakirə etməyib.
“Report”un məlumatına görə, bunu “İnterfax”a iclasın nəticələri ilə tanış olan bir mənbədən bildiriblər.
Mənbənin birinin sözlərinə görə, bunun üçün olduqca tezdir. Digər həmsöhbət isə qeyd edib ki, çox güman ki, bu məsələ OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin bu gün keçiriləcək iclasının gedişatında da müzakirə edilməyəcək.
Texniki Komitənin iştirakçıları bildiriblər ki, may ayında OPEC+ sazişi 87% yerinə yetirilib, yəni bazara gündəlik olaraq 1,26 milyon barel neft çıxarılıb ki, bu da gözləniləndən çoxdur. Bununla belə, OPEC ölkələri öhdəliklərini 84% yerinə yetiriliblər ki, bu da gündəlik olaraq 0,97 mln barel çox olub. Qeyri-OPEC ölkələri isə öhdəliklərini 92% yerinə yetiriblər ki, bu da gündəlik olaraq 0,92 mln barel çoxdur.