OPEC təşkilatdan kənarda neft hasilatı proqnozunu aşağı salıb

OPEC təşkilatdan kənarda neft hasilatı proqnozunu aşağı salıb OPEC 2023-cü ildə təşkilatdan kənarda neft hasilatı üzrə proqnozunu sutkada 100 min barel azaldıb.
Energetika
14 Fevral , 2023 20:08
OPEC təşkilatdan kənarda neft hasilatı proqnozunu aşağı salıb

OPEC 2023-cü ildə təşkilatdan kənarda neft hasilatı üzrə proqnozunu sutkada 100 min barel azaldıb.

“Report”un məlumatına görə, bu barədə təşkilatın fevral ayı üzrə hesabatında deyilir.

“2023-cü ildə OPEC-ə daxil olmayan ölkələrdə maye karbohidrogen hasilatının artımının sutkada 1,4 milyon barel və orta gündəlik hasilatının 67 milyon barel olacağı proqnozlaşdırılır ki, bu da keçən ay təxmin ediləndən 0,1 milyon barel azdır. Buna səbəb isə Rusiya və ABŞ-da gözlənilən həcmlərdən az hasilatın olmasıdır”, - hesabatda vurğulanıb.

OPEC-in məlumatına görə, təşkilat xaricində hasilat yanvar ayında əvvəlki ayla (dekabr 2022) müqayisədə gündəlik 0,7 milyon barel artaraq sutkada orta hesabla 72,8 milyon barel olub ki, bu da öncəki illə müqayisədə gündəlik 2,5 milyon barel çoxdur.

2023-cü ildə artım əsasən ABŞ, Norveç, Braziliya, Kanada, Qazaxıstan və Qayana tərəfindən təmin ediləcək, Rusiya və Meksikada isə azalma proqnozlaşdırılır. “Lakin Şərqi Avropada cari geosiyasi proseslərin təsiri və 2023-cü ildə ABŞ-ın şist nefti hasilatı perspektivləri ilə bağlı əhəmiyyətli qeyri-müəyyənliklər var”, - hesabatda qeyd edilir.

OPEC, həmçinin 2022-ci ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatı ilə bağlı təxminlərinə yenidən baxaraq, onu gündəlik 48 min barel azaldıb və sutkada orta hesabla 65,6 milyon barel həcminə salıb.

Son xəbərlər

Orphus sistemi