OPEC+ razılaşması nefti xeyli bahalaşdıra bilər

OPEC+ razılaşması nefti xeyli bahalaşdıra bilər OPEC+ formatının iştirakçı ölkələri arasında hasilatı azaltmaqla bağlı əldə edilən razılaşma nəticəsində nikbin varianta görə cari ilin sonunadək neft 40-45 dollaradək bahalaşa bilər.
Energetika
14 Aprel , 2020 13:12
OPEC+ razılaşması nefti xeyli bahalaşdıra bilər

OPEC+ formatının iştirakçı ölkələri arasında hasilatı azaltmaqla bağlı əldə edilən razılaşma nəticəsində nikbin varianta görə cari ilin sonunadək neft 40-45 dollaradək bahalaşa bilər.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Gazprom Neft” dövlət şirkətinin baş direktoru Aleksandr Diukov bildirib. 

Onun fikrincə, nikbin variant yayda karantinin ləğvi və işgüzar fəaliyyətinin bərpası olacaq ki, belə olan halda payızda neftə tələbat böhrandan əvvəlki səviyyəyə qayıdacaq.

Hərçənd tələbatın məhz necə bərpa olunacağını indidən söyləməyin çətin olduğunu da vurğulayan “Gazprom Neft”in baş direktoru aşağıdakılarını qeyd edib: “Ola bilsin biz indi yeni Böyük Tənəzzülün astanasındayıq. Odur ki, əldə edilmiş razılaşmanın həddindən artıqmı, yoxsa əskikmi olduğunu indi söyləmək çox çətindir. Görünür ki, bu razılaşma bir ehkam deyil, bazarda konkret vəziyyətə görə müəyyən dəyişikliklər də mümkündür”.

Son xəbərlər

Orphus sistemi