OPEC+ ölkələri yanvarda saziş üzrə planı 112% yerinə yetirib

OPEC+ ölkələri yanvarda saziş üzrə planı 112% yerinə yetirib Neft hasilatının azaldılması ilə bağlı sazişdə iştirak edən OPEC+ ölkələri yanvar ayında saziş üzrə planı 112% (dekabr ayında 145% olub) yerinə yetirib.
Energetika
6 Mart , 2020 15:40
OPEC+ ölkələri yanvarda saziş üzrə planı 112% yerinə yetirib
google.az

Neft hasilatının azaldılması ilə bağlı sazişdə iştirak edən OPEC+ ölkələri yanvar ayında saziş üzrə planı 112% (dekabr ayında 145% olub) yerinə yetirib.

“Report” xəbər verir ki, bu barədə TASS-a OPEC+in mart iclasında hesablamaların nəticəsindən sonra nümayəndə heyətlərindəki iki mənbə məlumat verib.

Beləliklə, saziş ölkələri gündəlik hasilatı 2018-ci ilin oktyabr ayının səviyyəsi ilə müqayisədə 1.9 milyon barel azaldıb. Hərçənd razılaşmaya görə, bu rəqəm 1,7 milyon barel olmalı idi.

Eyni zamanda yanvar ayında OPEC ölkələri tərəfindən saziş üzrə plan 136% (dekabr ayında 168% olub), qeyri-OPEC ölkələri tərəfindən isə 55% (dekabr ayında 95% olub) həcmində yerinə yetirilib.

Xatırladaq ki, OPEC+ ölkələri 2017-ci ildən bəri hasilatı razılaşdırılmış şəkildə idarə edir. 2019-cu ilin iyul ayında onlar neft hasilatını 2018-ci ilin oktyabr ayının səviyyəsi ilə nisbətdə gündəlik 1,2 milyon barel azaltmaq barədə olan razılaşmanı martın sonuna qədər uzadıb. 

Son xəbərlər

Orphus sistemi