Bakı. 22 dekabr. REPORT.AZ/ OPEC+ ölkələri 2017-ci ilin noyabr ayında hasilatın azaldılması ilə bağlı anlaşmaya 122% əməl edib. "Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu məlumat OPEC-in Monitorinq Komitəsinin iclasının nəticələrinə əsasən verilib.
OPEC qeyd edib ki, noyabr ayında əldə olunan nəticələr anlaşma iştirakçılarının neft bazarında balansın tənzimlənməsinə sıx bağlı olduqlarını göstərir.
Qeyd edək ki, OPEC+ anlaşması 2017-ci il yanvarın 1-dən qüvvədədir və noyabr ayında keçirilən iclasda anlaşma 2018-ci ilin sonuna qədər uzadlıb. Anlaşmaya görə, OPEC ölkələri neft hasilatını 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 1,2 mln. barel/gün, digər neft hasilatçıları isə 558 min barel/gün azaltmaq barədə öhdəlik götürüb.