OPEC+ ölkələrinin nazirləri hasilatın azaldılması ilə bağlı sazişdə kvotalar üzrə iclas keçirir

OPEC+ ölkələrinin nazirləri hasilatın azaldılması ilə bağlı sazişdə kvotalar üzrə iclas keçirir OPEC+ Nazirlər Monitorinq Komitəsi neft hasilatının azaldılması üzrə sazişin şərtlərinin yerinə yetirilməsinin müzakirə ediləcəyi iclasa başlayıb.
Energetika
18 İyun , 2020 18:11
OPEC+ ölkələrinin nazirləri hasilatın azaldılması ilə bağlı sazişdə kvotalar üzrə iclas keçirir

OPEC+ Nazirlər Monitorinq Komitəsi neft hasilatının azaldılması üzrə sazişin şərtlərinin yerinə yetirilməsinin müzakirə ediləcəyi iclasa başlayıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a iclasda iştirak edən mənbə məlumat verib.

Görüş videokonfrans rejimində keçirilir. İclasda Komitəyə daxil olan ölkələrin - Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Əlcəzair, Venesuela, İraq və Qazaxıstanın nazirləri iştirak edir.

Daha əvvəl TASS-ın mənbəyinin verdiyi məlumata görə, iclasın gündəliyinə may ayı üzrə hasilatın azaldılması səviyyəsinin müzakirəsi, habelə cari və gələcək dövrlər üçün niyyətlərin təsdiqlənməsi daxildir. Daha əvvəl xəbər verildiyi kimi, may ayında OPEC+ ölkələri İraq, Anqola, Nigeriya və Qazaxıstan kimi bir sıra ölkələrin aşağı nəticələrinə görə, sazişi 87% həcmində yerinə yetirə bilib. İyunun 6-da keçirilən iclasda bu ölkələrin nazirləri iyul-sentyabr aylarında “geriliyi” tam kompensasiya edəcəklərinə söz veriblər.

Bundan əlavə, nazirlər OPEC Texniki Komitəsinin yaxın aylarda neft bazarındakı vəziyyət və inkişaf ssenarilərinə dair hesabatını nəzərdən keçirəcəklər. OPEC-in qiymətləndirməsinə görə, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən neftə olan tələbat tarixdə görünməmiş həddə - 9,1 milyon barel/günə enəcək. 

Son xəbərlər

Orphus sistemi