OPEC+ nazirlərinin iclası yekunlaşdı, neft hasilatının azaldılması bir ay uzadıldı

OPEC+ nazirlərinin iclası yekunlaşdı, neft hasilatının azaldılması bir ay uzadıldı
Energetika
216
6 İyun , 2020 19:13
OPEC+ nazirlərinin iclası yekunlaşdı, neft hasilatının azaldılması bir ay uzadıldı

“OPEC plus” ölkələri nazirlərinin videokonfrans formatında keçirilən iclası yekunlaşıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, iclas planlaşdırıldığı kimi iki saat davam edib.

OPEC+ ölkələri görüşdə hasilatın hazırkı səviyyədə azaldılmasının bir ay da uzadılması barədə razılığa gəliblər. 

Bundan başqa, OPEC+ sazişi çərçivəsində hasilatın azaldılması ilə bağlı may-iyun aylarındakı öhdəliyi yerinə yetirməyən İraq və Nigeriya azalmanı iyul-avqust aylarında əlavə kəsinti ilə kompensasiya edəcəklər.