OPEC+ nazirləri qeyri-rəsmi görüş keçirdilər

Energetika
  • 21 aprel, 2020
  • 18:55
OPEC+ nazirləri qeyri-rəsmi görüş keçirdilər

OPEC+ ölkələrin bir sıra nazirləri neft bazarında cari proseslərin müzakirə olunduğu qeyri-rəsmi telekonfrans keçirib.

“Report” xəbər verir ki, bu barədə OPEC-dən bildirilib.

"OPEC-in və qeyri-OPEC ölkələrinin əməkdaşlıq haqqında bəyannamə imzalamış bir neçə naziri neft bazarında cari dramatik vəziyyəti kollektiv müzakirə etmək üçün qeyri-rəsmi telekonfrans keçirdilər", - deyə təşkilatın “Twitter”dəki mikrobloqunda bildirilib.

"Nazirlər neft hasilatının ixtisarı haqqında razılaşmaya sadiqliklərini təsdiq etdi", - həmçinin təşkilatdan bildirilib. 

Görüşdə Əlcəzair, Venesuela, Nigeriya, Qazaxıstan, Azərbaycanın energetika nazirləri iştirak edib. Qeyd edilir ki, onlar OPEC prezidenti, Əlcəzairin energetika naziri Məhəmməd Arkabanı belə iclasları müntəzəm keçirməyə çağırıblar.