OPEC+ nazirləri dekabrda neft hasilatına dair müzakirələrə başladı

OPEC+ nazirləri dekabrda neft hasilatına dair müzakirələrə başladı OPEC+ Nazirlər Monitorinq Komitəsinin yenicə başlamış iclasında dekabr ayında neft hasilatının ixtisarına dair imzalanacaq sazişin şərtləri müzakirə ediləcək.
Energetika
4 Noyabr , 2021 19:00
OPEC+ nazirləri dekabrda neft hasilatına dair müzakirələrə başladı

OPEC+ Nazirlər Monitorinq Komitəsinin yenicə başlamış iclasında dekabr ayında neft hasilatının ixtisarına dair imzalanacaq sazişin şərtləri müzakirə ediləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu nümayəndə heyətlərinin birindəki mənbə bildirib.

Belə ki, videoformatda keçirilən iclasda OPEC+ nümayəndə heyətləri rəhbərlərinin daha sonra keçiriləcək görüşü üçün tövsiyələr hazırlanmalıdır. Mənbənin fikrincə, ABŞ tərəfindən göstərilən təzyiqlərə baxmayaraq, alyansın gündəlik hasilatı hər ay 400 min barel artırmaq xəttinə sadiq qalacağı daha qüvvətli ehtimaldır.

Xatırladaq ki, neft hasilatını 2022-ci ilin sentyabr ayınadək pandemiyadan əvvəlki həcmlərə qaytarmaq nəzərdə tutulur. Noyabr ayı üçün gündəlik neft hasilatı 4,16 milyon barel səviyyəsində öhdəlik müəyyən edilib.

Xatırladaq ki, ayın 2-də ABŞ prezidenti Co Bayden OPEC və Rusiyanı hasilatı artırmamaq yolu ilə bazardakı qiymətləri yüksək səviyyədə saxlamaqda qınayıb. Bundan əvvəl “Bloomberg” xəbər verib ki, ABŞ OPEC+ formatına dekabr ayında gündəlik hasilatı 600-800 min barel artırmaq üçün müraciət edib.

Son xəbərlər

Orphus sistemi