OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında iclası başlayıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ənənəvi olaraq, JMMC alyansa sazişin parametrlərinin tənzimlənməsinin və bütün nümayəndə heyətləri rəhbərlərinin növbədənkənar iclasının çağırılmasının məqsədəuyğunluğu barədə tövsiyələr verir.
Bu dəfə OPEC+ komitəsinin neft hasilatının hazırkı razılaşdırılmış səviyyəsini saxlamağı tövsiyə edəcəyi gözlənilir. Bu, qlobal tələbin bərpası, eləcə də Çində tələblə bağlı vəziyyətə aydınlıq gəlməsi və sanksiyaların Rusiyadan tədarüklərə təsiri ilə əlaqələndirilir.
Qeyd edək ki, JMMC-yə sazişə üzv olan 23 ölkədən 8-i - Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt, Əlcəzair, Venesuela, Rusiya və Qazaxıstan daxildir.