OPEC: Hasilatın azaldılması neft bazarını 2017-ci ilin II yarısında sabitləşdirəcək

OPEC: Hasilatın azaldılması neft bazarını 2017-ci ilin II yarısında sabitləşdirəcək Neftə tələbin gələn ildə 95,56 mln. barel/gün təşkil edəcəyi proqnozlaşdırılıb
Energetika
14 Dekabr , 2016 20:22
OPEC: Hasilatın azaldılması neft bazarını 2017-ci ilin II yarısında sabitləşdirəcək

Bakı. 14 dekabr. REPORT.AZ/ OPEC və digər neft hasil edən ölkələr arasında hasilatın azaldılması ilə bağlı razılığın əldə olunması neft bazarında tarazlığı ancaq 2017-i ilin II yarısında təmin edəcək. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə OPEC təşkilatının dekabr ayı hesabatında məlumat verilib.

Hesabatda bildirilib ki, OPEC neftinə tələb 2017-ci ildə 32,6 mln. barel/gün təşkil edəcək. Bu, 2016-cı ildə olan orta günlük tələbdən 700 min barel çox olacaq.

Həmçinin hesabatda 2016-cı ilə olan neft tələbinin əvvəlki proqnoza görə gündəlik 10 min barel və 2015-ci il ilə müqayisədə 1,24 mln. barel artırılıb. Bundan əlavə, 2016-cı ildə neftə olan tələb də əvvəlki proqnozla müqayisədə 10 min barel artırılaraq 94,41 mln. barel/günə çatdırılıb. OPEC 2017-ci il üçün neftə tələb artımı üzrə proqnozunu bir əvvəlki ilə nəzərən 1,15 mln. barel/gün, məcmu tələb üzrə proqnozunu isə 10 min barel/gün artıraraq 95,56 mln. barel/gün olaraq təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi