OPEC hasilatın azaldılması anlaşmasını gələn ilin sonuna kimi uzada bilər

OPEC hasilatın azaldılması anlaşmasını gələn ilin sonuna kimi uzada bilər Əsas diqqət qlobal neft ehtiyatlarının dəyişməsinə yönələcək
Energetika
24 May , 2017 12:57
OPEC hasilatın azaldılması anlaşmasını gələn ilin sonuna kimi uzada bilər
ALEXANDER KLEIN/AFP/Getty Images

Bakı. 24 may. REPORT.AZ/ OPEC və kartelə üzv olmayan 11 ölkənin neft hasilatının azaldılması ilə bağlı bu gün Vyanada işə başlayan 2 günlük sammitində əvvəlki anlaşmanın müddətinin 2018-ci ilin sonuna qədər uzadılması variantı da müzakirə olunacaq. "Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı jurnalistlərə Əlcəzairin energetika naziri Nurəddin Buterfa verib.

Nazir bildirib ki, müzakirələrin baza variantı isə anlaşmanın 9 ay müddətinə uzadılmasıdır. N.Buterfanın sözlərinə görə, hər şey qlobal neft ehtiyatlarının həcminin dəyişməsindən asılı olacaq.

Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd əl-Mazrui ölkəsinin anlaşmanın 2018-ci ilin sonuna qədər uzadılması variantını dəstəkləmədiyini deyib: "Bu, yaxşı ideya deyil".

Son xəbərlər

Orphus sistemi