OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı bu il gündəlik 24 min barel azalacaq

OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı bu il gündəlik 24 min barel azalacaq OPEC 2022-ci il üçün təşkilata daxil olmayan ölkələrdə neft hasilatı proqnozunu gündəlik 24 min barel azaldıb.
Energetika
14 Noyabr , 2022 17:16
OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı bu il gündəlik 24 min barel azalacaq

OPEC 2022-ci il üçün təşkilata daxil olmayan ölkələrdə neft hasilatı proqnozunu gündəlik 24 min barel azaldıb.

"Report" xəbər verir ki, bu barədə qurumun noyabr ayı üzrə hesabatında deyilir.

Hesabata görə, ilin sonunda hasilatın həcmi hələ də orta hesabla gündəlik 65,6 milyon barel, 2023-cü il üçün isə gündəlik 67,1 milyon barel səviyyəsində qiymətləndirilir. Gələn il üçün proqnoz ötən ayın proqnozu ilə demək olar, eynidir.

OPEK-ə görə, bu ildə neft hasilatını ən çox ABŞ, Kanada, Çin, Braziliya və Qayana artıracaq. Tailand və Norveçdə isə hasilat əksinə azala bilər. Gələn ildə artım əsasən ABŞ, Norveç, Braziliya, Kanada, Qazaxıstan və Qayana hesabına təmin ediləcək. Rusiya və Meksikada isə hasilatın azalacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi