"OPEC+" çərçivəsində aprel ayında neft hasilatı planı müzakirə olunur

"OPEC+" çərçivəsində aprel ayında neft hasilatı planı müzakirə olunur OPEC+ Nazirlər Monitorinq Komitəsinin növbəti iclası başlayıb.
Energetika
2 Mart , 2022 17:06
OPEC+ çərçivəsində aprel ayında neft hasilatı planı müzakirə olunur

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin Nazirlər Monitorinq Komitəsinin növbəti iclası başlayıb.

“Report” xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən bildirir.

Video formatında keçirilən iclasda aprel ayında neft hasilatının artırılması məsələsi müzakirə olunacaq. Belə ki, "OPEC+" formatı çərçivəsində ötən ilin avqustundan bu yana hər ay gündəlik hasilatı 400 min barel artırmaq cədvəlinə bu ilin sentyabrınadək əməl ediləcəyi güman olunur.

Komitə aprel ayındakı hasilatla bağlı qərarı razılaşdırsa, həmin qərar daha sonra başlayacaq "OPEC+" nazirlər konfransında təsdiqlənəcək. Mənbənin fikrincə, gündəlik hasilatı 400 min barel artırmaq planını aprel ayında da qüvvədə saxlanılacağı ehtimalı yüksək dəyərləndirilir.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq, Əlcəzair, Qazaxıstan, Rusiya, Venesuelanın təmsil olunduğu Nazirlər Monitorinq Komitəsində ötən gün "OPEC+"ın Texniki Komitəsi tərəfindən hazırlanmış neft bazarı ilə bağlı hesabatı da müzakirə olunacaq.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi