OPEC bu il neftə olan qlobal tələbatla bağlı proqnozunu azaldıb

OPEC bu il neftə olan qlobal tələbatla bağlı proqnozunu azaldıb OPEC 2021-ci il üçün dünyada neft tələbi üzrə proqnozu aşağı salıb. Artıq tələb proqnozu gündəlik 6 milyon barel deyil, 5,8 milyon barel təşkil edir.
Energetika
13 Oktyabr , 2021 17:18
OPEC bu il neftə olan qlobal tələbatla bağlı proqnozunu azaldıb

OPEC 2021-ci il üçün dünyada neft tələbi üzrə proqnozu aşağı salıb. Artıq neftə olan tələbin artım proqnozu gündəlik 6 milyon barel deyil, 5,8 milyon barel təşkil edir.

“Report” xəbər verir ki, bu barədə kartelin oktyabr ayı üzrə hesabatında deyilir.

OPEC 2022-ci il üçün neft tələbi ilə bağlı hələ də gündəlik 4,2 milyon barel artım gözləyir.

Bununla belə, mövsümi tələbi və elektrik enerjisi istehsalında qazdan neftə keçid ehtimalı fonunda cari ilin son rübü üçün proqnozlar ümumilikdə müsbətdir.

OPEC-in qiymətləndirməsinə görə, 2021-ci ildə dünyada neftə olan tələb gündəlik orta hesabla 96,6 milyon barel təşkil edəcək.

Təşkilat proqnozlaşdırır ki, 2022-ci ildə neftə olan tələb gündəlik 100,8 milyon barelə çatmaqla “COVID-dən öncəki” vəziyyəti arxada qoyacaq.

Son xəbərlər

Orphus sistemi