​OPEC Azərbaycandakı neft hasilatı üzrə proqnozunu artırıb

​OPEC Azərbaycandakı neft hasilatı üzrə proqnozunu artırıb Proqnoz: II rübdə Azərbaycanda gündəlik neft hasilatı azalacaq
Energetika
13 İyun , 2016 18:21
​OPEC Azərbaycandakı neft hasilatı üzrə proqnozunu artırıb

Bakı. 13 iyun. REPORT.AZ/ Bu ilin II rübündə Azərbaycanda gündəlik neft hasilatının 850 min barel təşkil edəcəyi gözlənilir ki, bu da I rübünə nisbətən 2,3% və ya 20 min barel azdır. "Report" xəbər verir ki, bu barədə OPEC-in neft bazarı üzrə iyun hesabatında qeyd olunub.

Hesabata əsasən, orta gündəlik neft hasilatı aprel ayında 20 min barel və ya 2,24% azalaraq 870 min barelə enib.

Eyni zamanda, Kartel Azərbaycandakı gündəlik neft hasilatı üzrə orta illik proqnozunu maydakı 820 min bareldən iyunda 840 min barel/günə qaldırıb.

Bununla yanaşı OPEC qeyd edir ki, 2016-cı ildə qlobal neft tələbartı dəyişməyərək gündəlik 1,2 mln. barel artaraq və 94,18 mln. barelə çatacaq. Neftə tələbat Asiya ölkələri, xüsusilə Hindistanda yüksək olacaq. Həmçinin, 2015-ci ildə gündəlik neft hasilatı 1,54 mln. barel artaraq 92,98 mln. barelə yüksəlib.

Hesabatda 2016-cı il üçün neft təklifinin OPEC üzvü olmayan ölkələrdə 2015-ci ilin yekunu ilə müqayisədə gündəlik 0,74 mln. barel azalaraq 56,4 mln. barel olması proqnozlaşdırılır. Təşkilat Kanada, Braziliya və Kolumbiyanın hasilatında azalmanın, ABŞ, Britaniya, Rusiya və Azərbaycanın hasilatında artım ilə kompensasiya olunacağını açıqlayıb. İlkin hesablamalara görə, mayda qlobal neft hasilatı aprel ilə müqayisədə 0,73 mln. barel/gün azalaraq 94,51 mln. barel/gün təşkil edib. 

Son xəbərlər

Orphus sistemi