OPEC Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişdirməyib

OPEC Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişdirməyib 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatının 720 min barel olacağını proqnozlaşdırır
Energetika
211
14 İyul , 2020 16:51
OPEC Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişdirməyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatının 720 min barel olacağını proqnozlaşdırır.

“Report” OPEC-in iyul ayı üzrə hesabatına istinadən bildirir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 70 min barel azalacaq.

Bu isə əvvəlki proqnozla eynidir.

OPEC-in proqnozuna görə, 2021-ci ildə ölkədə gündəlik hasilat 720 min barel səviyyəsində olacaq.