OPEC+ anlaşması üzrə azalma kvotası artırıla bilər

OPEC+ anlaşması üzrə azalma kvotası artırıla bilər Nazir: "Hazırda anlaşmanın uzadılması məsələsi müzakirə olunur"
Energetika
11 Avqust , 2017 15:41
OPEC+ anlaşması üzrə azalma kvotası artırıla bilər

Bakı. 11 avqust. REPORT.AZ/ OPEC+ neft hasilatının azaldılması anlaşmasının iştirakçıları hazırda 1,8 mln. barel/gün təşkil edən azalma kvotasının həcmini artıra bilər. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ümumərəb nəşri olan "Asharq Al-Awsat"a açıqlamasında Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib.

"Hazırda neft hasilatını azaltmaq barədə anlaşmanın müddətinin uzadılması barədə müzakirələr gedir. Neft bazarına lazım olarsa, hasilatın azalma kvotalarını da artıra bilərik", - deyə nazir qeyd edib. Əl-Falih S.Ərəbistanının birtərəfli qaydada addım atmayacağını da xatırladıb.

Nazir həmçinin bildirib ki, ölkəsinin dövlət neft şirkəti olan "Saudi Aramco"nun qlobal neft bazarında payını itirəcəyindən qorxmur: "Biz bazarda artıq neft ehtiyatı müşahidə edirik. Lakin bu, tədricən azalır. Düşünürəm ki, müştərilərimiz öz ehtiyatları hesabına bizim neft təklifimizdəki azalmanı kompensasiya edə bilərlər".

Son xəbərlər

Orphus sistemi