OPEC+ anlaşması iyunda dayandırıla bilər
Energetika
- 11 dekabr, 2017
- 08:36
Bakı. 11 dekabr. REPORT.AZ/ Rusiya və OPEC üzvü olan bir sıra ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanı vaxtından öncə, 2018-ci ilin iyun ayında bitirmək istəyir.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Küveytin neft nazirinin səlahiyyətlərini icra edən İsam əl-Mazruk neft ixrac edən ərəb ölkələri təşkilatının (OAPEC) iclasında jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, əgər neft bazarı tənzimlənərsə, anlaşmadan ayrılmaq strategiyasına 2018-ci il iyunun 22-də OPEC+ iclasında baxıla bilər.
Qeyd edək ki, 2018-ci il martın 31-də bitən cari OPEC+ anlaşması, bu il noyabrın 30-da keçirilən iclasda 2018-ci ilin sonuna qədər uzadılıb. Növbəti iclas OPEC-in sayca 174-cü sammiti olacaq.
Son xəbərlər
03:43
Fransa sosialistlərinin lideri prezidentliyə namizədliyini irəli sürüb
Digər ölkələr03:14
SEPAH ABŞ-nin İordaniyadakı bazasına hava hücumu edib - YENİLƏNİB
Digər ölkələr02:45
Adriatik dənizin İtaliya sahillərində yaxta yanıb
Digər ölkələr02:12
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub
Region01:44
Tramp Kanada şirkətlərinə bizneslərini ABŞ-yə köçürməyi təklif edib
Digər ölkələr01:16
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
Region00:39
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
Region00:10
SEPAH: ABŞ-nin Larak adasına hücumu cavabsız qalmayacaq
Region23:53