OPEC+ ölkələri sentyabrda neft hasilatını gündəlik 100 min barel artıracaq

OPEC+ ölkələri sentyabrda neft hasilatını gündəlik 100 min barel artıracaq OPEC+ alyansının Monitorinq Komitəsinin videokonfrans formatında növbəti iclası başlayıb.
Energetika
3 Avqust , 2022 16:39
OPEC+ ölkələri sentyabrda neft hasilatını gündəlik 100 min barel artıracaq

OPEC+ alyansının Monitorinq Komitəsinin videokonfrans formatında keçirilən iclasında sentyabr ayında gündəlik neft hasilatının 100 min barel artırılması razılaşdırılıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

16:00

OPEC+ alyansının Monitorinq Komitəsinin videokonfrans formatında növbəti iclası başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, iclasda gələn aydan gündəlik neft hasilatının həcminin 100 min barel artırılması müzakirə edilir.

Xatırladaq ki, ötən ilin avqustundan etibarən OPEC+ ölkələri gündəlik hasilatın həcmini 400 min barelə qədər artırıblar. OPEC+ nazirlərinin bu il martın 31-də keçirilmiş iclasında plan cüzi dəyişdirilib və may-iyun aylarında gündəlik hasilatın həcmi 432 min barel təşkil edib. İyunun 2-də alyans iyul və avqust aylarında gündəlik hasilatın həcminin 648 min barelə çatdırılması haqqında qərar qəbul edib. Beləliklə, avqustun sonlarından etibarən alyans ölkələrinin hasilatın həcmini koronavirus (COVID-19) pandemiyasından əvvəlki vəziyyətə gətirməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi