OPEC-ABŞ "müharibəsi" neft qiymətlərini 60-75 dollar/bareldə saxlayacaq

OPEC-ABŞ "müharibəsi" neft qiymətlərini 60-75 dollar/bareldə saxlayacaq Bakı. 19 fevral. REPORT.AZ/ 2018-ci ildə OPEC və ABŞ-ın şist neft sektoru arasında qarşıdurma əsas fakt olmaqla yanaşı, neft qiymətlərini 60-75 dollar/barel kimi dar diapazonda saxlaya bilər.
Energetika
19 Fevral , 2018 17:39
OPEC-ABŞ müharibəsi neft qiymətlərini 60-75 dollar/bareldə saxlayacaq

Bakı. 19 fevral. REPORT.AZ/ 2018-ci ildə OPEC və ABŞ-ın şist neft sektoru arasında qarşıdurma əsas fakt olmaqla yanaşı, neft qiymətlərini 60-75 dollar/barel kimi dar diapazonda saxlaya bilər.

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu proqnoz Oksford Energetika Araşdırmaları İnstitutunun son hesabatında qeyd olunub.

"Bu dinamika-qiymətlər və əhval-ruhiyyənin tez-tez dəyişməsi hələ uzun müddət davam edə bilər. Əgər qiymətlər koridorun üst həddinə yaxınlaşarsa, ABŞ-da şist neft hasilatı artacaq. Təklifin artması qiymətləri aşağı salacaq. Lakin düşünmürük ki, qiymətlər 60 dollar/bareldən aşağı düşsün. Belə ki, OPEC neft bazarına daxilolmalara məhdudiyyətlər qoyub. Həmçinin neftə tələbatın artması qiymətlərin çox aşağı düşməsinə mane olur", - deyə hesabatda bildirilir. İnstitut neftin orta illik qiymətini 67 dollar/barel səviyyəsində proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi