OPEC+ ABŞ-ı əməkdaşlıq xartiyasına qoşulmağa dəvət edib

OPEC+ ABŞ-ı əməkdaşlıq xartiyasına qoşulmağa dəvət edib OPEC+ ölkələri böyük neft istehsalçılarından olan ABŞ-ı əməkdaşlıq xartiyasına qoşulmağa dəvət edib.
Energetika
10 Oktyabr , 2019 18:37
OPEC+ ABŞ-ı əməkdaşlıq xartiyasına qoşulmağa dəvət edib

OPEC+ ölkələri böyük neft istehsalçılarından olan ABŞ-ı əməkdaşlıq xartiyasına qoşulmağa dəvət edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Londonda (Böyük Britaniya) keçirilən “Oil & Money” konfransında OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.

Xatırladaq ki, bu ilin iyul ayında OPEC+ formatının 24 iştirakçı ölkəsi arasında Vyadakı görüşdə imzaladıqları müddətsiz əməkdaşlıq xartiyası könüllü surətdə yerinə yetiriləcək, hər hansı hüquqi səciyyə daşımayan öhdəlikləri nəzərdə tutur.

OPEC+ çərçivəsində 2020-ci ilin mart ayının sonunadək qüvvədə olan hasilatı azaltma razılaşmasının məqsədi neft qiymətlərini sabitləşdirməkdən ibarətdir. Razılaşmaya görə iştirakçı ölkələr gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən 1,2 milyon barel azaltmalıdır.

Son xəbərlər

Orphus sistemi