Yuxarı

“Azərişıq”: Texniki şərtlərin onlayn verilməsi sahibkarların müraciətlərinin 3 dəfə artmasına səbəb olub

Obyektlərinin elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilib

2019-cu ilin 7 ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən sahibkarların 2800-nin obyektinə elektrik sayğacı qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur. 

Bu barədə "Report"a "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, ötən ilin 7 ayı ərzində 949 sahibkarın obyektinə elektrik enerjisi verilib.

"Bu artımın əsas səbəbi heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanın imzalanması və şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilməsi, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, ən əsası isə “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən hazırlanan elektron müraciətlərin idarə olunması sisteminin “Elektron hökumət” portalına inteqrasiya edilməsi də sahibkarların və ya vətəndaşların onlayn qaydada müraciət etməklə bir neçə dəqiqənin içində işini yekunlaşdırmasına şərait yaradıb", - deyə T.Mustafayev əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi