Noyabrın 23-dən borclu abonentlərin işığı kəsiləcək

Noyabrın 23-dən borclu abonentlərin işığı kəsiləcək "Azərişıq" bununla bağlı borclu abonentlərə xəbərdalıq edib
Energetika
20 Noyabr , 2015 10:03
Noyabrın 23-dən borclu abonentlərin işığı kəsiləcək

Bakı. 20 noyabr. REPORT.AZ/ “Azərişıq” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı noyabrın 23-də, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

“Report”un “Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılan abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayılır. Bu səbəbdən belə hallara yol vermiş şəxslərə qarşı Azərbaycan qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

"Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı bir problem yaşamamaları üçün istifadə olunan elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi