Novak:"Neft bazarında gələcək addımlarla bağlı müzakirələrin mayda aparılması məqbuldur"

Novak:"Neft bazarında gələcək addımlarla bağlı müzakirələrin mayda aparılması məqbuldur" Qlobal neft bazarında növbəti dövr üçün gələcək addımların müəyyənləşdirilməsi məqsədilə may ayında müzakirələrin keçirilməsi daha məqbul ola bilər.
Energetika
17 Mart , 2019 19:12
Novak:Neft bazarında gələcək addımlarla bağlı müzakirələrin mayda aparılması məqbuldur

"Qlobal neft bazarında növbəti dövr üçün gələcək addımların müəyyənləşdirilməsi məqsədilə may ayında müzakirələrin keçirilməsi daha məqbul ola bilər".

"Report" xəbər verir ki, bunu Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdə bildirib.

Aleksandr Novak hasilatın azaldılması ilə bağlı ölkəsinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib və öhdəliyin icrası ilə bağlı prosesin tədrici xarakter daşıdığını qeyd edib.

Görüşdə qlobal neft bazarının sabitliyi ilə bağlı “OPEC plus” çərçivəsində görülən tədbirlər, dekabr qərarının icra vəziyyəti, Azərbaycan-Rusiya enerji əməkdaşlığı ətrafında müzakirələr aparılıb.

Energetika naziri Pərviz Şahbazov dünya neft bazarının inkişaf tendensiyalarından bəhs edərək, qiymət sabitiliyinin saxlanması üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Rusiya istiqamətində neftin nəqli, Azərbaycan-Rusiya-İran enerji sistemlərinin əlaqələndirilməsi, STAR neft emalı zavodunun Rusiya nefti ilə təchizi, “Türk axını” layihəsi və s. digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi məqsədi ilə hər iki ölkənin müvafiq nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi