Aleksandr Novak: "2035-ci ilə qədər Rusiyanın dünya qaz hasilatı balansındakı payı 27%-ə çatacaq"

Energetika
  • 02 oktyabr, 2019
  • 12:40
Aleksandr Novak: 2035-ci ilə qədər Rusiyanın dünya qaz hasilatı balansındakı payı 27%-ə çatacaq

"Qaz ən perspektivli enerji mənbəyidir. Rusiyanın qlobal qaz hasilatı balansındakı payı artmaqda davam edəcək və 2035-ci ilə qədər 26-27%-ə çata bilər".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak "Rusiya energetika həftəsi-2019" beynəlxalq forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, ötən il Avropaya rekord miqdarda qaz tədarük edən Rusiyada son 10 ildə qaz hasilatı 100 milyard kubmetr artıb.

İqbal Rüstəmov

44 - Tezliklə