Norveçin Neft Fondunun pandemiya itkiləri açıqlandı

Norveçin Neft Fondunun pandemiya itkiləri açıqlandı Norveç Hökumət Təqaüd Fondu (Neft Fondu) bu ilin birinci yarısında koronavirus pandemiyası nəticəsində 188 milyard Norveç kronu, yəni 18 milyard avroya yaxın (3,4 faiz) maliyyə itkilərinə məruz qalıb.
Energetika
18 Avqust , 2020 14:44
Norveçin Neft Fondunun pandemiya itkiləri açıqlandı

Norveç Hökumət Təqaüd Fondu (Neft Fondu) bu ilin birinci yarısında koronavirus pandemiyası nəticəsində 188 milyard Norveç kronu, yəni 18 milyard avroya yaxın (3,4 faiz) maliyyə itkilərinə məruz qalıb.

“Report” fondun saytına istinadən xəbər verir ki, fondun sərmayə kapitalının itkiləri 6,8 faiz, o cümlədən qeydiyyatsız daşınmaz əmlaka yatırımlar 1,6 faiz, qeydiyyatlı mədaxil sərmayə həcmi 5,1 faizdir.

“Bu dövrdə kapital bazarı böyük dalğalamalar keçirib. İlin əvvəli nikbin keçsə də, koronavirus dünya boyu yayılmağa başlayanda kapital bazarlarındakı işlər sürətlə dönməyə başladı. Bununla belə birinci rübdə maliyyə bazarlarındakı kəskin tənəzzül irimiqyaslı pul və maliyyə tədbirləri sayəsində bir qədər məhdudlaşdırıldı”, - “Norges Bank İnvestment” (Norveç Sərmayə Bankı) rəhbərinin müavini Trond Qrande bildirib.

Dünya boyu görülən iqtisadi tədbirlər ilə bir sıra ölkələrdəki mərhələli yumşalmalar sərmayədarlar arasında nikbinliyə səbəb olub.

“Hətta ikinci rübdə bazarlardakı dirçəlmə baş versə belə biz hələ də xeyli qeyri-müəyyənlik görürük”, – T.Grande söyləyib.

Qeyd edək ki, ümumi vəsaiti 1 trilyon ABŞ dolları olan Təqaüd Fondundan hökumət koronavirus epidemiyasının fəsadlarını aradan qaldırmaq üçün 419,6 milyard kron, yəni 38 milyard avro vəsait sərf etməyi nəzərdə tutur. Bu vəsait oktyabr ayında tərtib olunmuş məxarici 174,4 milyard kron (17,7 milyard avro) üstələyir.

Hazırda Norveçdə koronavirusa yoluxanlar 10 600 nəfərdir, bunlardan 261 nəfər dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi