Yuxarı

​Nizami rayonunun qaz təchizatında məhdudiyyətlər qoyulub

Qaz verilişindəki fasilə təmir işləri yekunlaşanadək davam edəcək

Bakı. 4 fevral. REPORT.AZ/ Aparılan təmir işləri ilə əlaqədar bu gün saat 09:30-dan Bakı şəhəri Nizami rayonunun qaz təchizatında məhdudiyyətlər qoyulub. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Qurum təbii qaz verilişindəki fasilənin işlər yekunlaşanadək davam edəcəyini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi