Nigerdə iri neft yatağı aşkar edilib

Nigerdə iri neft yatağı aşkar edilib Bakı. 17 noyabr. REPORT.AZ/ Əlcəzairin “Sonatrach” şirkəti Nigerin Əl-Kəfra rayonunda yeni neft yatağı aşkar edib.
Energetika
17 Noyabr , 2018 12:13
Nigerdə iri neft yatağı aşkar edilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Əlcəzairin “Sonatrach” şirkəti Nigerin Əl-Kəfra rayonunda yeni neft yatağı aşkar edib.

“Report”un Nigerin dövlət televiziyasına istinadən verdiyi məlumata görə, bu, ölkənin ən iri yatağıdır.

Belə ki, “Sonatrach” şirkəti ötən ilin sonundan Niger və Əlcəzair arasındakı sərhəddə neft kəşfiyyatı aparır. Şirkət 2017-ci ildə bildirib ki, Əl-Kəfra rayonunun ərazisində ümumi sahəsi 24 min kilometr olan neft yatağı mövcuddur. Yaxın günlərdə Çin şirkəti Nigerin Cənub-Şərqindəki Aqadem rayonunda gündəlik olaraq 90 min barel neftin hasilatına başlayacaq.

Nigerin Neft Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə gündəlik olaraq 20 min barel neft hasil edilir.

Qeyd edək ki, Niger Afrikanın kasıb ölkələrindən biridir və zəngin uran ehtiyatlarına malikdir. 

Son xəbərlər

Orphus sistemi