Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir "Brent"in bir barelinin qiyməti 55 dollara düşüb
Energetika
1 Aprel , 2015 09:12
Neftin ucuzlaşması davam edir

Bakı. 1 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,27%, yaxud 1,08 dollar ucuzlaşaraq 47,60 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 2,14% və ya 1,18 dollar ucuzlaşaraq 55,11 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 54 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi