Yuxarı

Neftin ucuzlaşması davam edir

Brent markalı neftin qiyməti 43 dollar/barelə düşüb

Bakı. 16 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,14 dollar, yaxud 2,75% ucuzlaşaraq 40,36 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,74 dollar və ya 1,69% ucuzlaşaraq 43,10 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 46 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi