Yuxarı
    Bağlamaq

    ​Neftin qiymətləri ABŞ FES-in faiz dərəcəsi qərarı fonunda aşağı düşməyə başlayıb

    Hərracların nəticələrinə görə, qiymətlər artıq 5%-dən çox düşüb

    Bakı. 17 dekabr. REPORT.AZ/ Neftin dünya qiymətləri ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsi haqqında qərarı fonunda aşağı düşməyə başlayıb.

    "Report" xarici mətbuata istinadən xəbər verir ki, hərracların nəticələrinə görə, qiymətlər artıq 5 faizdən artıq aşağı düşüb.

    "Brent" markalı neftin fevral fyuçerslərinin dəyəri 3,33% düşərək bir barel üçün 37,44 dollar təşkil edib. WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti 4,48% düşərək bir barel üçün 35,68 dollar olub.

    ABŞ FES baza faiz dərəcəsini illik 0–0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. FES-in baza uçot dərəcəsi sonuncu dəfə 2006-cı ilin iyununda qalxıb.

    Bu, Amerika valyutasına dəstək verməklə yanaşı, "qara qızıl"ın qiymətinə də təsir göstərib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi