Yuxarı
    Bağlamaq

    Neftin qiymətləri ABŞ-da benzin ehtiyatlarının azalması fonunda artır

    Brent neftinin qiyməti bir barelə görə 55,65 dollara çatıb

    Bakı. 9 fevral. REPORT.AZ/ Neftin dünya qiymətləri ABŞ-da benzin ehtiyatlarının azalmasına dair xəbərlər fonunda artmaqda davam edir.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.

    Bakı vaxtı ilə saat 21.19-a olan vəziyyətə görə, Şimal dəniz qatışığı olan "Brent" markalı neftin aprel fyuçersləri 0,96 faiz artaraq bir barelə görə 55,65 dollara çatıb.

    WTI markalı yüngül neftin mart fyuçerslərinin qiyməti isə 1,45 faiz artıb və bir barel üçün 53,10 dollar təşkil edib.

    ABŞ-ın Energetika Nazirliyinin çərşənbə günü açıqladığı məlumata görə, ötən həftə ölkədə benzin ehtiyatları 0,3 faiz aşağı düşərək 256,2 milyon barelə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi