Neftin qiyməti yenidən azalır

Neftin qiyməti yenidən azalır Neft qiymətləri keçən həftə iyun ayından bəri ən yüksək sıçrayışı etdikdən sonra yenidən azalmağa başlayıb
Energetika
360
21 Sentyabr , 2020 13:21
Neftin qiyməti yenidən azalır

OPEC+ ölkələrinin hasilatı əvvəlki razılaşmalara tam uyğun olaraq azaltmaq öhdəliyini təsdiqləməsi fonunda neft qiymətləri keçən həftə iyun ayından bəri ən yüksək sıçrayışı etdikdən sonra bazar ertəsi yenidən azalmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verir.

“AxiCorp”un ekspertlərinin bildirdiyinə görə, bazar dünyada COVID-19 xəstəliyi ilə əlaqədar vəziyyəti izləməyə davam edir, çünki qlobal iqtisadi aktivliyin bərpa sürətinə həssas olaraq qalır.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti səhər saat 09:10-a olan məlumata görə, 43,09 ABŞ dolları/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,06ABŞ dolları (0,14%) azdır. Cümə günü baş tutan söbdələşmələrin yekununda bu müqavilələr 0,15 ABŞ dolları (0,4%) azalaraq bir barel üçün 43,15 ABŞ dollar təşkil etmişdi.

Nyu York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin oktyabr ayı üçün olan fyuçerslərinin qiyməti bu ana qədər 41,04 ABŞ dolları/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın səviyyəsindən 0,07 ABŞ dolları (0,17%) çoxdur. Cümə günü fyuçerslər 0,14 ABŞ dolları (0,3%) artaraq bir barel üçün 41,11 ABŞ dolları təşkil edib.

Ötən həftə ərzində “Brent” 8,3%, WTI isə 10,1% bahalaşıb. OPEC+ Monitorinq Nazirlər Komitəsinin (JMMC) keçən həftə keçirilən iclasından sonar istehsal həcmlərinin azaldılması üzrə sazişin yerinə yetirilməyən hissəsinin kompensasiya edilməsi müddətinin 2020-ci ilin sonuna qədər uzadıldığı açıqlanıb.

Səudiyyə Ərəbistanının Energetika Naziri Şahzadə Əbdüləziz bin Salman sentyabr-dekabr aylarında OPEC+ həcmlərinin azaldılmamış 2,4 milyon barel/gün hissəsinin kompensasiya ediləcəyinə əminliyini bildirib. “Əlavə ixtisarlar edilərsə, çoxlarının qorxduğu neft bazarında təklif artıqlığı olmayacaq və ehtiyatlar əhəmiyyətli dərəcədə azalacaq”, - “Commerzbank”ın analitiki Yucin Vaynberq qeyd edib.

Son xəbərlər

Orphus sistemi