Neftin qiyməti yenidən azalır

Energetika
  • 10 sentyabr, 2020
  • 10:41
Neftin qiyməti yenidən azalır

Amerika Neft İnstitutu (APİ) tərəfindən ABŞ-da neft ehtiyatlarının ötən həftə 3 milyon barel artdığına dair məlumatından sonra bu gün keçirilən hərraclarda neft ucuzlaşmağa başlayıb.

“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında “Brent” markalı neft ötən gün 2,5 faiz bahalaşdıqdan sonra 0,22 faiz ucuzlaşaraq 40,7 ABŞ dollarından, Nyu-York Əmtəə Birjasında (NYMEX) isə ötən gün 3,5 faiz bahalaşan WTI markalı neft 0,42 faiz ucuzlaşaraq 37,89 ABŞ dollarından satılıb.

“Velandera” neft şirkətinin maliyə direktoru Maniş Rəc bildirib: “Bazarda ötən həftə gördüyümüz dalğalanmalar neftə tələbatla bağlı gələcəyin müəmmalı olmasını əks etdirir”.

Qeyd edək ki, ötən gün ABŞ Enerji Departamenti 2020-ci ildə ölkədə gündəlik neft hasilatına dair dəyərləndirməsini 0,1 faiz artıraraq 11,4 milyon barelə çatdıraraq gələn il üçün proqnozunu 11,08 milyon barel səviyyəsində saxlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti